15 İyul 2019 17:49
1 457
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran parlamentinin məhkəmə-hüquq komitəsinin üzvü, deputat Həsən Novruzi ölkə vətəndaşlarının gündəlik istifadə etdiyi narkotik maddənin həcmindən danışıb.

Teleqraf.com xəbər verir ki, o, islam respublikasında narkotik maddələrdən istifadə edənlərin sayının gübəgün artdığını açıqlayıb.

“Hazırda ölkədə hər gün 2 min 80 kiloqramdan çox müxtəlif narkotik maddələrdən istifadə edilir”, – Həsən Novruzi vurğulayıb.

İranın Narkotik Maddələrə Qarşı Mübarizə İdarəsinin rəsmisi Nasir Aslani ölkədəki narkomanlarının sayını açıqlayıb.

O, açıqlamasında İrandakı narkomanlarının təkcə 156 min nəfərinin qadınlar təşkil etdiyini deyib: “2017-ci ilin statistik rəqəmlərinə əsasən, ölkədə daimi olaraq narkotik maddələrdən istifadə edənlərin sayı 2 milyon 800 min nəfərdir. Bura 5 yaşından 64 yaşına qədər olan narkotik maddə istifadəçiləri daxildir”.


Müəllif: Mənsur Rəğbətoğlu