16 İyul 11:49

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyaya qarşı tətbiq edilən iqtisadi embarqonun müddətini 2021-ci ilin dekabrın 31-nə qədər uzadıb.

Teleqraf.com xəbər verir ki, 2014-cü ildə Rusiya ilə Ukrayna arasında yaşanan siyasi və hərbi gərginlikdən sonra Ukraynanın sabiq prezidenti Poroşenko 2016-cı ildə Rusiya istehsalı olan malların Ukraynaya daxil olmasını qadağan edən sanksiya qanunu qəbul etmişdi.

Poroşenkonun qəbul etdiyi qərarın müddəti 2019-cu ilin 31 dekabrında başa çatmalıdır.

Prezident Zelenski bu qərarın müddətini daha 2 il artırıb. Yəni rus istehsalı olan mallar 2021-ci ilin dekabrına qədər Ukrayna ərazisinə daxil ola bilməz.

Artıq qərar Ukrayna Nazirlər Kabinetinin internet səhifəsində yerləşdirilib.

Xatırladaq ki, Rusiyada Ukrayna istehsalı olan malların ölkə ərazisinə daxil olmasını qadağan edib.


Müəllif: Cavad