16 İyul 2019 13:15
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi xarici işlər nazirləri Türkiyənin Şərqi Aralıq dənizində mavi qaz axtarış-kəşfiyyat fəaliyyətinə görə Ankaraya qarşı sanksiya tətbiq etməyi qərara alıb.

Teleqraf.com xəbər verir ki, Avropa Birliyi (AB) xarici işlər nazirlərinin qərarı əsasında AB Türkiyə ilə yüksək səviyyəli təmasları və hava daşınması razılaşmasını dayandıracaq.

Həmçinin Türkiyənin AB-dən 2020-ci ilə qədər alması gözlənilən 145,8 milyon avro kəsintiyə məruz qalacaq.

Qeyd edək ki, AB Türkiyəyə 2014-2020-ci illər arası üçün 4,4 milyard avroluq maliyyə ayırmışdı. Bu maliyyə demokratiya, hüququn aliliyi, təməl haqları, iqlim, enerji, rəqabət mühiti, innovasiya, təhsil , sosial siyasət və digər sahələrə ayrılıb.

AB xarici işlər nazirləri eyni zamanda Şərqi Aralıq dənizində qazma işləri fəaliyyəti ilə əlaqəsi olan şəxsləri hədəf alacaq mülkiyyət sanksiyaları mövzusunda Avropa Komissiyasının addım atmasını tələb edib.

Həmçinin Avropa Sərmayə Bankından Ankaraya veriləcək kredit dəstəyini gözdən keçirilməsini istəyib.


Müəllif: Cavad

Oxşar xəbərlər