16 İyul 2019 14:05
1 323
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur amerikalı yazıçı Frensis Skott Fitsceraldla böyük və qəribə eşq yaşayan Zelda Seyrnin (Zelda Fitscerald) dramatik həyatı…

Zelda Seyr 1900-cü il iyulun 24-də Alabama ştatında doğulub. Anasının böyük sevgisi qarşılığında atası bir o qədər soyuqqanlı və məsafəli idi. Uşaqlığı bu iki ziddiyyətli qütb arasında keçib getdi. Hələ uşaqkən dama çıxaraq həyatını təhlükə qarşısında qoyan Zeldanı polis xilas edir.

Lakin həqiqətlər göründüyündən fərqli idi…

Polis idarəsinə zəng edən Zeldanın özüydü. Hələ o zaman qayğıya olan ehtiyacı balaca qızcığazın dramatik həyatını göz önünə sərdi.

Məşhur yazıçı Frensis Skott Fitsceraldla dillər əzbəri olan böyük bir eşq yaşadı və 1920-ci il martın 3-də evləndilər. Bir-birini çox sevirdilər, amma bu başdan bir-birini rəqib kimi gördüklərini də açıq şəkildə büruzə verdilər. Bu, aralarında tez-tez mübahisəyə səbəb olurdu, üstəgəl ikisi də spirtli içki alüdəçisi idi. Şiddətli mübahisələr hər ikisinə zərər versə də, bir-birindən imtina etmədilər. Fiziki və mənəvi zorakılıq həyatlarından heç əksik olmadı.

Bir-biri ilə yola gedə bilmədikləri kimi, ayrı da qala bilmirdilər…

Həmin illərdə Skott Fitscerald ona məşhurluq qazandıran ən möhtəşəm əsərlərini yazdı, amma işin başqa bir maraqlı tərəfi vardı. Zelda Skottun yaratdığı obrazları onun gündəliyindən “oğurladığını” iddia edirdi. İllərlə bu məsələ ətrafında mübahisələri davam etdi.

Zelda çox qısqanc idi, depressiya düşdüyü vaxtlarda öz paltarlarını yandırırdı, evdəki tabloları qırırdı. Hətta, bir qonaqlıq məclisində özünün zinət əşyaları ilə birlikdə başqalarının zinət əşyalarını qazana ataraq “şorba” bişirmək istəmişdi.

Skotta duyduğu sevgi qarışıq nifrətinə hakim ola bilmirdi…

Yenə həyat yoldaşını qısqandığı günlərdən birində özünü eyvandan atdı, lakin ölmədi. Skottun ədəbiyyata ayırdığı vaxtı qısqanmağa başlamışdı. O, yazarkən diqqətini yayındırmaq üçün əlindən gələni edirdi.

Mübahisələr getdikcə şiddətlənirdi…

1930-cu ildə Zelda Fitscerald şizofreniya diaqnozu ilə xəstəxanaya aparıldı. Bu dönəmdə dayanmadan yazırdı. Skott da onun qaldığı dispanserin yaxınlığında mənzil kirayələdi və görüşməyə davam etdilər.

Lakin Skott Fitscerald 1940-cı ildə ürək infarktı keçirərək həyatını itirdi. 8 il sonra isə dispanserdən çıxan Zelda yanaraq öldü.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər