16 İyul 2019 15:43
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın paytaxtı Tbilisidə Rusiya vətəndaşları aksiya keçiriblər.

Gürcüstan parlamentinin binası qarşısında baş tutan aksiyada ölkədə yaşayan və səfərdə olan 10-a yaxın rusiyalı iştirak edib.

Aksiya “Mən Qavrilov deyiləm! Rusiyalılar vahid Gürcüstan naminə” şüarı altında keçirilib.

İştirakçılar Rusiyanın Gürcüstana qarşı siyasətinə etiraz ediblər. Onlar əllərində "Putindən yoruldun? Gürcüstanda dincəl" və Rusiyanın Gürcüstana qarşı işğalçılıq siyasətini tənqid edən şüarlar tutublar.

Rusiyalılar Gürcüstanın xarici vətəndaşlar və qonaqlar üçün ən təhlükəsiz ölkə olduğunu bildiriblər.

Qeyd edək ki, Rusiya vətəndaşlarının Tbilisidəki Gürcüstana dəstək aksiyası ilk olaraq iyulun 9-na təyin olunmuşdu./report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər