17 İyul 2019 00:58
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın müdafiə naziri Ursula fon der Lyayenin Avropa Komissiyasının sədri seçilib.

Teleqraf.com-un məlumatına görə, Avropa Parlamentinin deputatları onun namizədliyini dəstəkləyiblər.

Belə ki, 383 deputat onun namizədliyinin lehinə, 327-si isə əleyhinə səs verib, 22 nəfər bitərəf qalıb.

Qeyd edək ki, hazırda Avropa İttifaqı Komissiyasının prezidenti vəzifəsini icra edən Jan-Klod Yunker oktyabrın 31-də vəzifədən gedəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər