“İranda hakimiyyət dəyişikliyinə nail olmaq niyyətində deyilik, bəzi insanlar belə deyirlər, amma məsələ göründüyü kimi deyil”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O, bir neçə dəfə İranda hakimiyyət dəyişikliyinə cəhd edildiyini etiraf edib:
“Sələfim Barak Obama və digərləri buna cəhd etdilər, amma işə yaramadı. Bizim isə belə bir niyyətimiz yoxdur. Lakin bununla belə ABŞ İran hakimiyyətinin nüvə silahı əldə etməsinə icazə verməyəcək, nüvə silahına sahib ola bilməzlər. Habelə, İranın Yəməndən çıxmasını tələb edirik”.
Barak Obamanın İranla nüvə anlaşması əldə etməsinin tarixi səhv olduğu fikrini təkrar edən Donald Tramp qeyd edib ki, keçmiş həmkarı bununla İranın milyardlarla dollar həcmində gəlir qazanmasına şərait yaradıb.