NATO tərəfindən yayımlanan bir hesabata görə, Avropada saxlanılan 150 ədəd nüvə bombasının 50-si Türkiyədəki İncirlik hərbi bazasındadır.
Teleqraf.com xəbər verir ki, NATO-nun Avropada saxlanılan nüvə silahlarına dair hesabatı yanlışlıqla yayımlanıb.
Məlumata görə, ABŞ-a məxsus 150 nüvə silahı Belçikadakı Kleyn Brogel, Türkiyədəki İncirlik, Almaniyadakı Büçel, İtaliyadakı Aviano və Gedi-Torre bazaları və Hollandiyadakı Volkel bazasında saxlanılır.
Qısa müddətdən sonra düzəliş edilən hesabatın yeni versiyasında nüvə silahlarının yerləşdirildiyi məkanların adları çıxarıldığı halda, NATO-dan hələlik məsələyə dair açıqlama verilməyib.