Meksikanın Sinaloa ştatında yüngül motorlu təyyarənin qəzaya uğraması nəticəsində azı 5 nəfər ölüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, altı nəfərlik “Cessna” tipli təyyarə Quasave şəhəri yaxınlığında yerə düşərək yanıb.
Yerli hüquq-mühafizə orqanı nümayəndələri sərnişinlərin şəxsiyyətlərinin müəyyən edilməsində problem yarana biləcəyini bildiriblər. Buna səbəb kimi cəsədlərin yanaraq tanınmaz hala düşməsi göstərilir.