Mən yeni partiya qurmaq istəyi ilə gündəmə gələn Abdulla Gülü, Əli Babacanı və Əhməd Davudoğlunu Səadət Partiyasına qatılmağa çağırıram.
Teleqraf.com xəbər verir ki, bu çağırışla Ədalət və İnkişaf Partiyasının (AKP) qurucularından olan, hazırda Cümhuriyyət Xalq Partiyasının Konya deputatı Əbdüllətif Şənər çıxış edib.
O, “TV5”-in “Məxfi Dosye” proqramında yeni partiya yaratmaaları ilə Türkiyədə gündəmə gələn Abdulla Gül, Əli Babacan və Əhməd Davudoğlu ilə bağlı maraqlı fikirlər səsləndirib.
AKP-nin qurucularından olan Şənər deyib ki, ən faydalısı partiya qurmaq niyyətində olan şəxslərin orada-burada gəzməmələri, birlikdə Səadət Partiyasına daxil olmalarıdır: “Səadət Partiyası hazır bir partiyadır. Ora daxil olaraq düzgün bir siyasət həyata keçirsinlər. Əgər, bununla razı deyillərsə və ayrıca partiya qurmaqda israrlıdırlarsa, yeni partiyalarını qursunlar. Çünki bu, faydalı işdir”.
Şənər əlavə edib ki, ölkə fəlakətə doğru gedir, kin və nifrət duyğuları artır.