17 İyul 2019 15:22
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Microsoft” şirkətinin qurucusu Bill Qeyts son 7 il ərzində ilk dəfə olaraq, planetin ən zəngin insanları siyahısının üçüncü pilləsində qərarlaşıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi “Bloomberg Milyonerlər İndeksi”nə istinadən məlumat yayıb.

Belə ki, fransız biznesmen, “Louis Vuitton Moët Hennessy” (LVMH) şirkətlər qrupunun başçısı Bernar Arno Bill Qeytsi qabaqlayaraq ikinci yerə yüksəlib. Zinət əşyaları istehsalçısı olan LVMH-ın istehsalı Parisdə rekord səviyyəyə çatıb və özünün xalis dəyərini 107,6 milyard dollara çatdırıb. Beləliklə, B.Qeytsi 200 milyon dollar qabaqlayıb.

Ötən ay B.Arnonun sərvətinin həcmi ilk dəfə olaraq 100 milyard dolları aşıb və “Amazon” şirkətinin qurucusu Ceff Bezos və B.Qeytslə birgə ilk üçlüyə daxil olub.

Bununla belə agentlik qeyd edir ki, B.Qeyts xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmasaydı, dünyanın ən zəngin adamı olardı. Belə ki, o, Bill və Melinda Qeyts Fonduna 35 milyard dollardan çox vəsait bağışlayıb.

C.Bezosun aktivlərinin xalis dəyəri bu il 125 milyard dollara yüksəlib. Onun Makkenzi Bezosla boşanması da siyahının ilk pilləsində qərarlaşmasına əngəl olmayıb. Əksinə, boşanma sayəsində Makkenzi dünyanın ən zəngin qadınlarının siyahısında dördüncü olub.

“Bloomberg Milyonerlər İndeksi” dünyanın ən zəngin 500 insanını əhatə edir.


Müəllif: Səxavət

Oxşar xəbərlər