17 İyul 2019 16:16
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) Mərkəzi Amerika ölkələrinə Venesuela müxalifətini dəstəkləmək və miqrantların Amerikaya gəlməsinin qarşısını almaq məqsədilə 42 milyon dollar ayıracaq.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-da nəşr olunan “Times” qəzeti məlumat yayıb.

Nəşr qeyd edib ki, USAID miqrantların ABŞ-a axınını azaltmaq məqsədilə gördüyü tədbirlər çərçivəsində Qvatemala və Hondurasa 41.9 milyon dollar göndərmək təklifini nəzərdən keçirir.

Məlumatda bildirilib ki, bu qərarın verilməsinə səbəb Venesuelada ABŞ-ın milli maraqlarını təhdid edən proseslərin sürətlənməsidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər