18 İyul 2019 09:00
1 409
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dilənçinin üzərindən 5500 ABŞ dolları, 3800 türk lirəsi və 31000 Suriya lirəsi çıxıb.

Teleqraf.com xəbər verir ki, bu maraqlı hadisə Türkiyənin Adana şəhərində qeydə alınıb.

Polis şəhərdəki dilənçilərə qarşı reyd keçirib. Reyd zamanı saxlanılan dilənçilərdən biri suriyalı çıxıb. Onun üzərinə axtaran zaman 5500 dollar, 3800 türk lirəsi və 31000 Suriya lirəsi aşkar olunub.

Suriyalı dilənçinin üzərindən aşkar olunan pullar götürülüb və adı açıqlanmayan dələduz 153 türk lirəsi cərimə olunub.

Şəhər rəhbərliyi bəyan edib ki, vətəndaşların dini və vicdani duyğularından sui-istifadə edən dilənçilərə qarşı tədbirlər görüləcək.


Müəllif: Cavad

Oxşar xəbərlər