Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün sonuncu yoxlama oyununu keçirib.
Teleqraf.com xəbər verir ki, “qırmızı-qaralar” “Boluspor”la qarşılaşıb. Yerli komanda ilə görüş "qırmızı-qaralar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Qəbələ"nin heyətində qolları yeni transferlər - Merab Qiqauri və Klesio Bauk vurublar.
Qeyd edək ki, "Qəbələ" toplanış çərçivəsində buna qədər Ukrayna təmsilçiləri “Mariupol”a 2:1 hesabı ilə qalib gəlib, “Vorskla”ya 1:3 uduzub.
Yoxlama oyunu
17 iyul
17:00. "Boluspor" - "Qəbələ" - 1:2
Qollar: Merab Qiqauri, 19 (0:1), Klesio, 47 (0:2), Yasin Dülger, 90 (1:2)