18 İyul 2019 00:59
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Taliban” terror təşkilatı ilə Əfqanıstan ordusu arasında şiddətli toqquşma baş verib.

Teleqraf.com xəbər verir ki, Əfqanıstanın şimal-qərbində baş vermiş döyüş zamanı azı 18 xüsusi təyinatlı öldürülüb.

Qeyd edilir ki, bazar ertəsi axşam saatlarında 36 xüsusi təyinatlıdan ibarət dəstə “Taliban”ın Baqdisdəki qərargahına qarşı əməliyyata başlayıb. Döyüşlər bir neçə saat davam edib.

Əyalətin keçmiş parlament nümayəndələrindən biri Qazi Əbdül Rəhim Rahin bildirib ki, toqquşmalar zamanı 19 terrorçu məhv edilib, daha 20-si isə yaralanıb. Onun sözlərinə görə, “Taliban” altı hərbçini də əsir götürüb.

Əfqanıstan Müdafiə Nazirliyi hadisəni təsdiq etsə də, itkilər barədə məlumat verməyib.


Müəllif: Teleqraf.com