ABŞ-ın dövlət katibi Mayk Pompeo İranla qeyd-şərtsiz danışıqlara başlamağa hazır olduqlarını bildirib.
M.Pompeo İranın ali dini lideri ayətullah Əli Xamənei başda olmaqla ölkənin siyasi rəhbərliyi tərəfindən beynəlxalq terrorizmin ən böyük sponsoru olmaq, bütün dünyanı nüvə silahları ilə hədələmək əvəzinə, dünya birliyinə qoşulmaq üçün danışıqlar aparmağa qərar verilməsinin zəruri olduğunu söyləyib.
“Onlar belə bir qərar verməlidir və belə edərlərsə, onda prezident Donald Trampın dediyi kimi, biz onlarla bir masa arxasında əyləşib buna necə gəlib çıxmaq barədə söhbət etməyə hazırıq. Onlarla qeyd-şərtsiz görüşməyə hazırıq və onların da buna əməl etmələrinə ümidvarıq”, - Ağ Ev rəsmisi fikrini tamamlayıb.