Əgər Rusiya kiçik və orta mənzilli raketlərin ləğvi razılaşmasına 2 avqusta qədər geri dönməsə, NATO ona koordinasiyalı cavab verəcək.
Axar.az xəbər verir ki, bunu Aspen Təhlükəsizlik Forumunda çıxışı zamanı NATO Baş katibi Yens Stoltenberq deyib.
“Əgər onlar razılaşmaya əməl etməsələr, biz cavab verəcəyik. Cavab koordinasiyalı olacaq. NATO-nun bir sıra cavab variantları var. Xüsusilə, bu, raketdən müdafiənin gücləndirilməsiylə bağlıdır”, - deyə o bildirib.