18 İyul 2019 13:32
1 225
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyənin Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri almasından sonra NATO üzvlüyü ləğv edilməlidir”.

Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərədə nəşr olunan “Daily Teleqraf” qəzetində yayımlanan analitik məqalədə bildirilib.

“Türkiyənin NATO-dan çıxarılmasının vaxtı çatıb” adlı məqalədə müəllif Kon Kaulin Prezident Rəcəb Tayyib Ərdoğanın “Qərbin düşmənləri” ilə isti əlaqələri görməzdən gəlməsinin doğru olmadığını bildirərək, türk liderin Qərblə anlaşmalarda özünü peşəkar manipulyator kimi apardığını qeyd edib:

“Ərdoğan Türkiyənin geosiyasi mövqeyinin Rusiyadan hava hücumundan müdafiə sistemləri alınması səviyyəsində bir toxunulmazlıq verdiyinə inanır. Türkiyənin NATO-nun döyüş təyyarələrini vurmaq üçün hazırlanmış sistemləri alması, Ankaranın NATO üzvlüyü haqda ciddi suallar yaradır. Tramp administrasiyasının Türkiyəni “F-35” proqramından uzaqlaşdırması da Vaşinqtonun yekdil rəyinin bu yöndə olduğunu göstərir”.

Müəllif yazır ki, NATO-ya üzvlüyü sayəsində Türkiyəyə 100 ədəd “F-35” qırıcısı almaq hüququ verilmişdi:

“Lakin Ərdoğan həm Amerikanın ən müasir döyüş təyyarələrinə, həm də bu təyyarələri vurmaq üçün hazırlanmış rus sistemlərinə eyni anda sahib ola bilməyəcəyini anlamlıdır. “S-400” anlaşması ilə Türkiyə NATO-nu təhqir etdi, İngiltərə ilə yanaşı NATO-nun digər avropalı üzvləri də buna qarşı tolerant olmamalıdır.

Türkiyə 1952-ci ildə NATO-ya qatılanda alyansın Cənub sərhədlərini Rusiyanın hücumlarından qoruyacaqdı. Lakin indi vəziyyət tamamilə dəyişib, avropalı liderlər Amerikadakı həmkarları kimi? Ərdoğanın idarə etdiyi Türkiyəni itirdikləri həqiqəti ilə üzləşməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər