18 İyul 2019 14:03
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İrəvan və Bakı arasında əlaqə xətti işləyir, amma bu itkilərin olmayacağına zəmanət vermir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Erməni baş nazir Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi üzrə gedən danışıqlara diqqət çəkib:

“Müzakirələrin konkret nəticələr verməsi üçün çalışırıq. Ermənistan baş naziri seçiləndə dedim ki, Qarabağ da danışıqlar prosesində yer alsın. Bu, indiyədək görülməmiş bir təklif idi, çünki mənə qədər Ermənistanın heç bir lideri münaqişənin həllinin vacib olduğunu demədi”.

Paşinyan hazırda münaqişənin həll prosesində irəliləyişin olmadığını bildirib.

Əlavə edək ki, Azərbaycan işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin müzakirələrə tərəf qismində qatılmasına etiraz edir. Bundan başqa, ötən aylarda ATƏT-in Minsk qrupu bəyanat yayaraq, Paşinyanın bu təklifinə etiraz etmişdi.

Həmsədrlər mövcud formatın Qarabağ münaqişəsinin nizamlanması üçün ən yaxşı varinat olduğunu rəsmi İrəvanın diqqətinə çatdırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər