Yaponiyanın Kioto şəhərində animasiya studiyası yandırılıb.
Teleqraf.com xəbər verir ki, olay nəticəsində 23 nəfər həyatını itirib, 36 nəfər yaralanıb.
Məlumata görə, studiyanın binası yandırıcı maddə tökülərək yandırılıb.
Cinayəti törədən 41 yaşlı şəxsin yaralılar arasında olduğu bildirilib.
Araşdırma zamanı olay yerində bıçaqlar tapılıb.