“Youtube” videohostinqində ABŞ istehsalı olan “TF-19 Wasp” pilotsuz uçuş aparatının (PUA) sınaqdan keçirilməsini əks etdirən video peyda olub.
Teleqraf.com xəbər verir ki, video “Throwflame” adlı “Youtube” kanalında yerləşdirilib.
Görüntülərdə PUA-nın obyektə doğru necə uçduğu və ona dərhal güclü şırnaqla alov səpdiyi görünür.
“Task and Purpose” informasiya portalının məlumatına görə, “TF-19 Wasp” plazma atəş sistemindən istifadə edir. Aparat 100 saniyə ərzində alov püskürməyə qabildir, bunun üçün 3,7 litrə yaxın yanacaq istehlak edir.
Nəşr aydınlaşdırıb ki, dron kənd təsərrüfatı məqsədləri üçün nəzərdə tutulub.