19 İyul 2019 14:53
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın Kioto şəhərində animasiya studiyasını yandıran şəxsin multipilikatorları plagiatlıqda ittiham etdiyi məlum oldub.

Teleqraf.com xəbər verir ki, bu barədə Yaponiya KİV-ləri şahidlərə istinadən məlumat yayıb.

Şahidlərdən biri deyib ki, yanğını törədən şəxs qeyzli idi və studiyanın işçilərinin plagiatçı olduqlarını bildirirdi. İddia edirdi ki, onun əsərini oğurlayıblar.

“Mainichi” qəzetinin xəbərinə görə, studiya daha əvvəl elekton poçtla təhdid alıb. Onun direktoru Hideaki Hatta isə əmin edir ki, studiya bütün məktublara vicdanla cavab verib.

Qeyd edək ki, sözügedən yanğın hadisəsi iyulun 18-də törədilib. Belə ki, kişi özü ilə gətirdiyi benzin olduğu ehtimal edilən mayeni “Kyoto Animation” studiyasının üçmərtəbəli binasının birinci mərtəbəsinə səpərək od vurub. Nəticədə 33 nəfər həlak olub, daha 10 nəfərə yaxın zərərçəkmiş kritik vəziyyətdədir.

Studiyanın sağ qalan əməkdaşlarının sözlərinə görə, yanğın vaxtı binada 70-dən çox adam olub.


Müəllif: Səxavət

Oxşar xəbərlər