İran hərbçiləri Fars körfəzində Böyük Britaniyaya məxsus "Stena Impero" neft tankerini saxlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb.
Bildirilir ki, tanker beynəlxalq qaydaları pozduğuna görə saxlanılıb və sahilə qədər müşayiət olunub. Hazırda gəmidə lazımi yoxlamalar aparılır.
Britaniya hökuməti tankerin saxlanılmasına görə təcili iclas çağırıb.