ABŞ prezidenti Donald Tramp Türkiyəyə qarşı sanksiyaları müzakirə etmək məqsədilə respublikaçı senatorları Ağ Evə dəvət edib.
Teleqraf.com-un məlumatına görə, qərb mətbuatı iddia edir ki, görüş gələn həftənin ikinci günü, saat 16:00-da keçiriləcək.
“Vaşinqton Post” qəzeti senatorların Ağ Evə dəvət edilməsini özündə əks etdirən dəvətnamələrin sürətini yayıb. ABŞ prezidenti adından senatorlara göndərilən dəvətnamədə mövzu “Türkiyəyə sanksiyalar” şəklində göstərilib.