21 İyul 2019 08:02
1 814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya Dövlət Astronomiya Rəsədxanasının professoru Xitosi Yamaoka bu ölkənin alimlərinin fəal şəkildə Yerdən kənarda həyat axtarışı ilə məşğul olduqlarını bildirib.

Teleqraf.com xəbər verir ki, o, həlilik yadplanetlilərin Yerə gəlişi ilə bağlı real dəlillər aşkar olunmadığını bildirib.

Xitosi Yamaokanın sözlərinə görə, demək olar ki, onun bütün həmkarları Yerdən kənarda həyat olduğuna inanırlar: "Lakin biz hesab etmirik ki, yadplanetlilər nə vaxtsa bizim planetə səyahət ediblər".

Yaponiyalı alim onu da qeyd edib ki, Yerdən kənarda mümkün məskunlaşma Proksima b planetində ola bilər: "Bu planet yerdən 4,3 işıq ili məsafədə yerləşir".

Bundan başqa , Xitosi Yamaoka bildirib ki, Yaponiyada Astrobioloji Mərkəz adlnan institut var və oranın mütəxəsisləri də Günəş sistemindən kənarda həyat axtarışı ilə məşğuldurlar.


Müəllif: Nahid

Oxşar xəbərlər