Rusiyadan S-400 komplekslərinin Türkiyəyə daşındığı bu vaxtda Suriya-Türkiyə sərhədində ciddi hərəkətlənmə müşahidə edilir.
Teleqraf.com türk mediasına istinadla bildirir ki, son bir həftə ərzində xeyli zirehli texnika, xüsusi təyinatlılar və avadanlıqlar Suriya ilə sərhədə daşınır.
Xüsusilə, Akçaqalada Suriya ilə sərhəd betonlarının götürülməsi “əməliyyat an məsələsdirmi” sualını ortaya çıxıb.
ABŞ-ın çoxsaylı dronlar vasitəsilə Türkiyə-Suriya sərhədində baş verənləri izlədiyi iddia edilir.
Bu arada bəlli olub ki, sabah Türkiyədə Suriya işçi qrupunun toplantısı keçiriləcək. Toplantıya ABŞ-dan nümayəndə heyəti qatılacaq. Heyətə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri də daxildir.
Bu səfərdən sonra Türkiyənin Fəratın şərqində əməliyyat keçirib-keçirməməsinə aydınlıq gələcək.