20 İyul 2019 22:59
1 897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Toy karvanına hücum edən və “Kalaşnikov” avtomobili ilə yeni ailə quran cütlüyü qarət etmək istəyən şəxsə məhkəmə 17 il həbs cəzası verib.

Teleqraf.com xəbər verir ki, gəlinin olduğu avtomobili soymaq kimi ağlagəlməz hadisə Türkiyənin Bursa şəhərində qeydə alınıb.

Məhəmməd Özdoğan adlı şəxs əlində avtomatla gəlin maşınını soymaq istəyib. Bu zaman təqaüddə olan polis Əhməd Seçkin Özdağın qarşısını ala bilib. Ancaq dartışma zamanı silahdan atəş açılıb və Öznur Topçu adlı şəxs ağır yaralanıb. Hadisə yerinə gələn polislər isə Özdoğanı həbs edib.

Cinayətkar məhkəmədə “ruhi problemlər yaşadığını və havaya atəş açmaq məqsədilə hadisə yerinə gəldiyini, etdiyi hərəkətə görə peşman olduğunu” deyərək, hakimdən yüngül cəza verməsini istəyib.

Ancaq məhkəmə heyəti Məhəmməd Özdoğan haqqında 17 il həbs qərarı çıxarıb.


Müəllif: Cavad

Oxşar xəbərlər