21 İyul 2019 01:32
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın “British Airways” aviaşirkəti təhlükəsizlik məqsədilə Qahirəyə uçuşları bir həftə müddətinə təxirə salıb.

Teleqraf.com xəbər verir ki, bu qərar ehtiyat tədbiri xarakteri daşıyır və təhlükəsizlik sahəsində vəziyyətin qiymətləndirilməsi ilə əlaqədardır.

Qeyd edilir ki, Qahirə Hava Limanının rəhbərliyi “British Airways” aviaşirkətinin uçuşları dayandırılması barədə xəbərdarlıq almayıb.

Hazırda məsələ aviaşirkətin Qahirədəki nümayəndəliyinin rəhbəri ilə aydınlaşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər