Yeni Zelandiyada 5,2 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, yeraltı təkanların episentri Lesperance Rock adasından 79 şimal-qərbdə, ocağı isə 35 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.