Azərbaycanda olan Ukrayna vətəndaşları Ali Radaya növbədənkənar seçkilər üzrə səsverməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, ukraynalılar bu ölkənin Bakıdakı səfirliyində açılmış 3 saylı seçki məntəqəsində öz səslərini verir.
Bakı vaxtı ilə 09:00-da fəaliyyətə başlayan məntəqədə səsvermə saat 21:00-da yekunlaşacaq.