Ukraynanın yeni Baş Naziri peşəkar iqtisadçı olmalı və hər hansı siyasətlə bağlılığı olmamalıdır.
Teleqraf.com xəbər verir ki, bu sözləri növbədənkənar parlament seçkilərində səsvermədən sonra jurnalistlərə açıqlamasında Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
O, baş nazir seçimində mövqeyinin dəyişməz qaldığını söyləyib: "Hesab edirəm ki, Ukraynanın yeni baş naziri tam müstəqil, peşəkar iqtisadçı olmalıdır. Nə vaxtsa baş nazir, spiker, hansısa partiyanın lideri olmayan şəxs yeni baş nazir postuna layiqdir".
Vladimir Zelenski bununla bağlı məsləhətləşmələr aparıldığını bildirib.
Qeyd edək ki, bu gün Ukraynada növbədənkənar parlament seçkiləri keçirilir. Yeni parlament formalaşandan sonra Ukraynanın yeni baş naziri seçiləcək.