21 İyul 15:29
831

İranın Pakistanla sərhəddində gərginlik olub.

Teleqraf.com xəbər verir ki, İranın Sistan-Bəlucistan əyalətinin Səravan mahalında silahlı qruplaşmalar arasında qarşıdurma yaşanıb.

İran İnqilabı Keşikçiləri Korpusuna mənsub 2 hərbçi ölüb, ikisi yaralanıb.

Qeyd edək ki, İranın terror təşkilatı elan etdiyi "Ceyşül Adl" sünni bəluçların haqqını müdafiə etdiyini bəyan edərək Tehran hökumətinə qarşı silahlı mübarizə aparır.


Müəllif: Teleqraf.com