Hindistanın iki həftədən artıqdır güclü musson yağışlarının təsiri altında olan Assam ştatında baş verən daşqınlar nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə rəsmi şəxslərə istinadən yerli NDTV telekanalı məlumat yayıb.
Daha əvvəl 30 nəfərin öldüyü bildirilirdi. Təqribən 5,7 milyon insan təbii fəlakət zonasında qalıb, 151 mindən çon insan müvəqqəti sığınacaqlara yerləşdirilib.