22 İyul 2019 10:04
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.

Teleqraf.com xəbər verir ki, Prezident Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyası 42,1 faiz səslə qalib gəlib.

İkinci yeri Rusiya meylli müxalif “Həyat uğrunda” müxalifət platforması tutub. Bu partiya seçkilərdə 12,7 faiz səs toplayıb.

Sabiq prezident Poroşenkonun Avropa İnkişaf partiyası 8,7, Yuliya Timoşenkonun Vətən partiyası isə 8,2 faiz səs almaqla parlamentə düşə bilib.

Prezident Zelenski müxalifətə koalisiya təklifi etməyib. Son məlumata görə, prezident bəyan edib ki, “Okean Elzy” adlı rok qrupunun solisti Svyatoslav Vakarçukla koalisiya danışıqlarına hazırdır.

Qeyd edək ki, sonuncu Səs partiyasının sədridir. Bu partiya seçkilərdə 6,4 faiz səs alıb.

Vladimir Zelenskiy qısa açıqlamasında bildirib ki, prezident, baş nazir və parlament Ukraynada həyatı və rifahı irəli aparmaq məqsədilə birlikdə işləməlidir. O, kritik məsələlər kimi sərmayə, demokratiya və təhlükəsizlik məqsədlərini önə çəkib.


Müəllif: Cavad

Oxşar xəbərlər