40 il əvvəl həyat yoldaşını öldürərək həbs olunan amerikalı Albert Flik keçən il törətdiyi bir cinayətə görə yenidən məhkum edilib. Dünya mediasının maraq göstərdiyi bu ilginc hekayənin qəhrəmanı Flikdir, amma olaylar “manyak və yaşlı qatil” klişəsinə sığacaq kimi deyil.
Teleqraf.com xəbər verir ki, Albert Flik 2010-cu ildə yaşlı olması səbəbindən azadlığa buraxılsa da, keçən il işlədiyi cinayətlə yenidən hər kəsin diqqətini çəkib.
“Yaşlıdır” deyə azadlığa buraxılan Flik həbsxanadan çıxar-çıxmaz cinayət əl atdı.
Qadın düşməni
Flik ilk cinayətini 1979-cu ildə 35 yaşlı həyat yoldaşı Sandranı öldürərək işləyib. Flikdən boşanan qadın əşyalarını götürmək üçün evə qayıdarkən, bıçaqlanaraq öldürülüb. Olaya şahid olan Sandranın 12 yaşlı qızı qaçaraq pis xəbəri qonşularına çatdırır. Qonşuları gələndə Sandra ölməmişdi və qatilin Albert Flik olduğunu deyir, bundan sonra o, həbs edilir. Flik bu cinayəti işləyənə qədər 19 il bir şirniyyat dükanında işləyən müharibə veteranı idi. 30 il azadlıqdan məhrum edilərkən ailəsi məhkəmədə onun haqda “Flik əslində yaxşı bir adamdır, amma zorakılıq mühitində böyüyüb” ifadəsini verir. O, əvvəllər hansısa cinayət törətmədiyinə görə 9 il tez azadlığa buraxılır.
Flik üçün cinayətlər adiləşir
Həbsxanadan çıxdıqdan sonra qadınlara qarşı təcavüzkar hücumları davam edirdi. O, bu səbəbdən tez-tez həbsxanaya girib çıxırdı. 2007-ci ildə görüşdüyü bir qadına çəngəllə xəsarət yetirdiyi üçün həbs edilir. 2010-cu ildə başqa bir qadına zorakılıq tətbiq etdiyi üçün polis tərəfindən axtarıldığı vaxt nərdivandan özünü asarkən ələ keçirilir. 2014-cü ildə yenə başqa bir qadını təhdid ittihamı ilə məhkəmədə mühakimə olunur, 2 il sonra həbs edilir.
Sərbəst buraxıldıqdan sonra qardaşı oğlu ilə birgə yaşamaq üçün Nyu-Yorka gəlir. Burada kitabxanada 48 yaşlı Kimberli Dobbi adlı bir qadınla tanış olur. Kimberli həmin vaxt iki övladı ilə bir sığınacaqda qalırdı və yeni aldığı evə köçməyə hazırlaşırdı, bu haqda Flikə danışır. Qısqanmağa başladığı Kimberlini bir paltartəmizləmə sexində qadının övladlarının gözü qarşısında öldürür, o, bu səbəbdən keçən həftə 25 il azadlıqdan məhrum edilib.
“Nümunəvi qatil”
Albert Flik qadınları hədəf alan manyak bir müharibə veteranıdır. Dosyesində saysız yaralama, ölümlə təhdid və iki cinayət var. Lakin buna baxmayaraq, dəfələrlə “yaxşı məhkum” qismində azadlığa buraxılıb. İşlədiyi bir cinayətdən sonra həbsxanadan çıxarkən məhkəmə barəsində “Artıq çox yaşlıdır, cinayət törədə bilməz” mühakiməsini yürütmüşdü.