22 İyul 2019 15:00
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günə qədər 337729 suriyalı Türkiyədən vətəninə qayıdıb və bu axın davam edir.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

Nazir Avropa ölkələri haqqında da ciddi və təhdid dolu fikirlər işlədib: “Nə lazımdırsa edəcəyik. Türkiyənin qaçaq köçkünlər mərkəzi vəziyyətinə gətirmək istəyənlərin cəzasını verəcəyik. Türkiyə qaçaq köç məsələsini həll edəcək. Türkiyə bu işi qərarlılıqla həyata keçirməsə Avropada heç bir ölkə hökuməti 6 ay dayana bilməz.

Arzu edirlərsə, sınaqdan keçirək. Avropa Parlamentində əyləşəcək və oradan da Türkiyəni tənqid edəcəksiniz. Səbrimizi daşdırmamağı məsləhət görürəm.

Qollarınızı çırmayın, Türkiyənin apardığı mübarizədə dəstək olun. Siçan kimi davranmayın.

Bunu kimsə təhdid kimi qəbul etməsin. Türkiyə ciddi fəaliyyət göstərir, biz tarixin ən böyük qaçqın dalğası ilə qarşı-qarşıyayıq. Burada qapıları açsaq, Avropada heç bir hökumət 6 ay dayana bilməz”.


Müəllif: Cavad

Oxşar xəbərlər