NATO-nun “Agile Spirit 2019” adlı təlimləri 27 iyul-9 avqust tarixlərində Gürcüstanda keçiriləcək.
Teleleqraf.com xəbər verir ki, təlimlərdə 14 ölkə iştirak edəcək.
Doqquzuncu dəfə Gürcüstanda keçirilən təlimlərə 14 ölkədən 3 mindən çox canlı qüvvə qatılacaq.
Ev sahibi Gürcüstanla yanaşı, ABŞ, İngiltərə, Latviya, Litva, Polşa, Norveç, Belçika, Bolqarıstan, Yunanıstan, Monteneqro, Rumıniya, Türkiyə və Ukrayna da iştirakçı dövlət arasında yer alacaq.
Təlimlərin məqsədi iştirakçı dövlətlər arasında hərbi əməkdaşlığı gücləndirmək və Qara dəniz bölgəsində təhlükəsizliyi təmin etməkdir.