23 İyul 2019 10:04
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Ali dini lideri Ayətullah Xameneyi Tehranda “Həmas” siyasi bürosunun sədr müavini Saleh əl-Aruru ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə Xameneyi Fələstin savaşının islam dünyasının ən önəmli məsələ olduğunu deyib.

Səudiyyə Ərəbistanının Fələstin məsələsində tutduğu mövqeyi tənqid edən dini lider bu ölkəni ABŞ-ın arxasınca süründüyünü və “Yüz ilin anlaşması”nı təhlükəli bir proses olduğunu ifadə edib: “Bu anlaşmanın hədəfi Fələstin kimliyini yox etməkdir”.


Müəllif: Cavad