23 İyul 2019 10:24
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Boris Conson İngiltərənin yeni baş naziri seçiləcək.

Teleqraf.com xəbər verir ki, Tereza Meyin istefasından sonra bu kresloya ən ciddi namizəd kimi Boris Conson göstərilir.

Siyasi ekspertlər hesab edirlər ki, hazırda Londonda Mühafizəkar Partiya daxilində yeni baş nazir kürsüsünə Consondan ciddi siyasi xadim yoxdur.

Ancaq Conson bu posta oturmazdan əvvəl almaqal baş verib. İngiltərənin maliyyə naziri Filip Hammond bəyan edib ki, Conson baş nazir seçiləcəyi təqdirdə istefa verəcək. Eyni zamanda Xarici İşlər Nazirliyinin Avropa və ABŞ üzrə məsul şəxsi Alan Duncan da istefa verib.

Qeyd edək ki, Boris Conson Osmanlı dövründə yaşayan və linc edilən Əli Kamalın nəvəsi kimi tanınır.


Müəllif: Cavad

Oxşar xəbərlər