23 İyul 2019 11:20
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreya onun hava sərhədini pozan Rusiya təyyarəsinə atəş açıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Rusiyaya aid 3 qırıcıdan biri Cənubi Koreyanın hava sahəsinə daxil olub. Bu zaman Cənubi Koreya Silahlı Qüvvələri xəbərdarlıq atəşi açıb. Rus qırıcısına 20-dən çox atəş açılıb.

Çinə məxsus iki hərbi təyyarənin də dövlət sərhədini pozduğu hava müdafiə sistemləri tərəfindən təsbit edilib.

Cənubi Koreya bəyan edib ki, Çin və Rusiyanın hava sərhədini pozmasına görə rəsmi şikayət edəcək.


Müəllif: Cavad