23 İyul 2019 11:28
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın Ərbil şəhərində türk diplomatını şəhid edən cinayətkarlar edam olunacaq.

Teleqraf.com xəbər verir ki, qatil terrorçulardan ikisi saxlanılıb, üçüncü şəxs isə axtarılır.

İraq hüquq mühafizə orqanları bildirirlər ki, cinayətkarlar edam olunacaq.

Xatırladaq ki, Türkiyənin Ərbil konsulluğunun əməkdaşı Osman Köşə yanındakı iki İraq vətəndaşı ilə restoranda terror hücumuna məruz qalıb və şəhid olub.

Terror hücumunu təşkil edənlərdən Mazlum Dağ və ona köməklik edən Məhəmməd Biykez saxlanılıb. Cinayətkarları hadisədən sonra avtomobillə qaçıran üçüncü şəxs isə axtarışdadır.


Müəllif: Cavad

Oxşar xəbərlər