23 İyul 2019 12:23
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuela Hərbi Hava Qüvvələri ölkənin hava sərhədini pozan ABŞ-ın kəşfiyyat təyyarəsini əngəlləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkə prezidentinin köməkçisi Corc Rodriqez məlumat verib.

Məlumata görə, ABŞ-a məxsus “Lockhedd EP-3” model kəşfiyyat təyyarəsi Karib dənizi üzərindən Venesuela hava sərhədlərini pozmağa cəhd edib.

Venesuelaya məxsus “SU-30” qırıcılar dərhal havaya qaldırılıb və ABŞ-a aid təyyarə ərazidən uzaqlaşdırılıb.


Müəllif: Cavad

Oxşar xəbərlər