Keçmiş xarici işlər naziri və Londonun keçmiş meri Boris Conson Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının yeni rəhbəri seçilib.
Teleqraf.com xəbər verir ki, bu barədə bu gün partiyanın idarəetmə komitəsi məlumat yayıb.
Bildirilir ki, indiki baş nazir Tereza Mey səlahiyyətlərini başa çatdırdıqdan sonra – iyulun 24-də B.Conson ölkənin baş naziri olacaq.
Baş nazirlik uğrunda yarışın qalibi Mühafizəkarlar Partiyasının Nümayəndələr Palatasındakı fraksiyaları daxilində keçirilən səsvermədən sonra müəyyənləşib.
Beləliklə, hakimiyyətin rəsmən ötürülməsi prosesi iyulun 24-də baş tutacaq. Həmin gün Mey parlamentdə sonuncu dəfə parlamentarilərin suallarını cavablandıracaq. Kraliça II Yelizaveta Meyın istefasını qəbul edəcək və yeni baş nazirdən hökumət qurmağı xahiş edəcək. Əsas postlara təyinatlar gözlənildiyi kimi iyulun 24-ü axşam saatlarında açıqlanacaq.