Siiritdə oxuduğu şeir bəhanə edilərək həbsə atılan Rəcəb Təyyub Ərdoğan 20 il əvvəl bu gün Pinarhisar cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
Teleqraf.com xəbər verir ki, Ərdoğanın 4 ay davam edən həbs müddəti 24 iyul 1999-cu ildə başa çatıb.
İstanbul şəhər bələdiyyə sədrliyinə iddia edən Ərdoğan haqqında həmin dövrün mətbuatında “ondan muxtar belə olmaz ” manşetləri atılıb.
Həbsxanadan çıxdıqdan sonra Ərdoğan ən yaxın dostları ilə bir araya gələrək, yeni quracaqları partiya haqqında müzakirələrə başlayıb. Həyata keçirilən hazırlıqlardan sonra 2001-ci ilin 14 avqustunda Ədalət və İnkişaf Partiyası qurulub. 2002-ci ilin noyabrın 3-də keçirilən seçkilərdə bu partiya 34,6 faiz səs toplayaraq, hakimiyyətə gəlib.
Hakimiyyətə gəldikdən sonra Ərdoğanın baş nazir və deputat olmasına maneələr qoyulub. Buna baxmayaraq, 2003-cü ildə deputat seçilən Ərdoğanın baş nazir postuna yolu açılıb. Daha sonra isə o, Türkiyə Respublikasının prezidenti seçilib.