24 İyul 2019 12:50
1 772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fəthullahçı Terror Təşkilatının (FETÖ) lideri Fəthullah Gülənin Türkiyəyə ekstradisiya edilməsi üçün ABŞ-da qeyri-qanuni lobbi fəaliyyəti həyata keçirməkdə ittiham olunan İran və Amerika vətəndaşı Bican Rafikyan barəsində irəli sürülmüş ittiham təsdiq edilib.

Teleqraf.com xəbər verir ki, Rafikyanın məhkəmə işi iyulun 15-də Virciniyada başlamışdı.

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Maykl Flinin iş ortağı olan Bican Rafikyan bu ittihamla 15 il azadlıqdan məhrum edilə bilər.

Maykl Flinn 2016-cı ildə keçirilmiş prezident seçkisindən əvvəl Donald Trampın seçki kampaniyasını apardığı vaxt Türkiyə-ABŞ Biznes Şurasının rəhbəri, iş adamı Kamil Ekim Alptekinlə Gülənin Ankaraya təslim edilməsi üçün 600 min dollar almaqda ittiham olunmuşdu.

Rafikyan və Alptekin ittihamları qəbul etmir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər