25 İyul 2019 01:36
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Somalinin paytaxtı Moqadişoda törədilən partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb, daha 6 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli "Goobjoog News" nəşri yazıb.

Nəşr Somalinin informasiya naziri Abdi Ksayir Mareyeyə istinadən xəbər verir ki, ölənlər arasında rayon və regional administrasiyanın vəzifəli şəxsləri də var. Şəhər meri yaralananlar arasındadır.

Partlayışa görə məsuliyyəti "Əş-Şabab" terror qruplaşması öz üzərinə götürüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər