25 İyul 2019 11:48
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan bölgəsində əhalinin sayı sürətlə azalır”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hayastani Hanrapetutyun” qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, 2019-2018-ci illər ərzində bölgələrdən ancaq Lori rayonunda qismən əhalinin sayında artım müşahidə olunub:

“Ermənistanın 5 bölgəsində əhalinin təbii artımı zəifləyib, son bir ildə ancaq bir bölgədə - Lori rayonunda cüzi artım müşahidə olunub. Ən qorxuncu isə bölgələrdə ölüm hallarının artımı keçməsidir.

Əhalinin sayının azalmasının səbəblərini üzə çıxarmaq üçün baş nazirin göstərişi ilə araşdırmalar aparılır. Araşdırmaların ilkin nəticələrinə görə, əhalinin sayının azalmasının yeganə səbəbi ölüm hallarının artması deyil. Keçən ilin rəsmi məlumatları isə tamam fərqli mənzərəni ortaya çıxardı, ölüm halları artımdan 90 faiz çox idi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər