ABŞ Hörmüz boğazına donanmaı göndərir.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Müdafiə naziri Mark Esper deyib.
Pentaqon rəhbəri deyib ki, İrandan qaynaqlanan təhdid səbəbindən Hörmüz boğazında ABŞ bayrağı ilə üzən gəmiləri ölkənin donanması müşayiət edəcək.
Müdafiə naziri əlavə edib ki, İngiltərə gəmilərini İngiltərə donanması müşayiət edir: “Biz də risk qiymətləndirməsinə görə, öz gəmilərimizi müşayiət edəcəyik. Başqa ölkələrin də öz gəmilərini qoruyacağını düşünürük”.
Mark Esper əlavə edib ki, dediyi fikirlər hər ABŞ gəmisinə bir ABŞ hərbi gəmisinin ayırılacağı mənasında başa düşülməməlidir: “ABŞ hərbi donanmasına aid gəmilərin digər mülki gəmiləri müşayiət etməsi İranın hərəkətlərinə mane olacaq”.