“2016-cı ildə keçirilən prezident seçkisinə Rusiyanın müdaxiləsi ilə bağlı aparılan istintaq Prezident Donald Trampı tamamilə təmizə çıxarmır”.
Teleqraf.com xəbər verir ki, sözügedən istinaqa rəhbərlik edən ABŞ-ın xüsusi prokuroru Robert Müller belə deyib.
Müller istintaq çərçivəsində Rusiyanın 2016-cı il seçkisinə müdaxilə etdiyini sübuta yetirdiklərini, lakin Trampın ruslarla cinayət xarakterli bir planın içində olduğuna dair kifayət qədər dəlil tapa bilmədiklərini bildirib.
Ədliyyə naziri Uilyam Barr isə sonuncu açıqlamasında hesabatın tamamilə ABŞ prezidentinin xeyrinə olduğunu demişdi. Müller Barrın bu iddiasını təkzib edib.
Xüsusi prokurorun Tramp vəzifədən getdikdən sonra barəsində irəli sürülmüş ittiham üzrə istintaqın davam edib-etməyəcəyi sualına cavabı “Bəli” olub. Müllerin sözlərinə görə, Donald Tramp istintaqa ifadə verməkdən imtina edib, buna görə də, onunla təkbətək görüşə bilməyib.
Donald Tramp isə Konqresin Kəşfiyyat Komitəsində aparılan bu müzakirələr “ölkə üçün utanverici olay” adlandırıb.
Amerika prezidenti barədə irəli sürülən ittiham təsdiq olunacağı halda onun həbs ediləcəyi bildirilib.
Əlavə edək ki, Trampın 2016-cı ildə keçirilən seçkilərdə Rusiya kəşfiyyatının müdaxiləsi ilə qalib gəldiyi bildirilib. Bundan sonra məsələ ilə əlaqədar istintaq başlayıb.