25 İyul 2019 16:18
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Milli Kəşfiyyat Xidməti və Türk Silahlı Qüvvələri Şimali İraqda ayrı-ayrılıqda iki qisas əməliyyatı həyata keçirib.

Teleqraf.com xəbər verir ki, əməliyyat Ərbildə türk diplomatının şəhid edildiyi hücumu planlayan terrorçulara qarşı keçirilib.

Məlumata görə, əməliyyat zamanı iki terrorçu məhv edilib.

Əlavə edək ki, hər iki əməliyyat ayrı-ayrı tarixlərdə keçirilib. Birinci əməliyyat iyulun 18-də, türk diplomatın Ərbildə öldürülməsinin səhəri günü olub.

Terror hücumunun şahidlərinin ifadələri və saxlanılan şəxslərdən alınan bilgilər sayəsində PKK-nın bölgədəki liderlərindən biri olan terrorçu vurulub. Davam edən əməliyyatlar zamanı dünən daha bir PKK terrorçusu zərərləşdirilib.

Əməliyyatların havadan və ya qurudan həyata keçirildiyi barədə informasiya verilməyib.


Müəllif: Cavad

Oxşar xəbərlər